Azərbaycan jurnalistləri müəllif hüquqları uğrunda mübarizədən imtina edirlər

Təşkilatın hüquq şöbəsinin rəhbəri Xudayət Həsənlinin fikrincə, radioyayım şirkətləri və kitab nəşriyyatlarının 90%-i müəllif hüquqları ilə bağlı öhdəlikləri yerinə yetirmir, müəllif müqavilələrinin rəyini nəzərə almır və qonorar ödəmirlər. «Müəllif hüquqlarının pozulması piratlıqdır və özgə intellektual əməyin qanunsuz istifadəsinə səbəb olur. Bu cür əməllər qəbulolunmazdır və qanunla cəzalandırılır, – deyə X.Həsənli qeyd edib.

Addımbaşı müəllif hüquqlarının pozulduğunu deyən Həsənli qanunu pozanların dəqiq sayını açıqlaya bilmədi. Qeyd edək ki, Azərbaycanda müəllifin ölümündən sonra onun əsərinə olan müəllif hüququ 70 il ərzində qorunur və bu müddət başa çatdıqda xalqın sərvətinə çevrilir.

Mənbə: trend.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO