Azərbaycan jurnalistləri “mafiya”da

Azərbaycanda ilk dəfə olaraq jurnalistlərin işdən kənar əyləncəsini və birgə ictimai fəaliyyətini təşkil edən “Mətbuat qeyri-rəsmi qrupu” indi də media nümayəndələri arasında intellektual “mafiya oyunu” təşkil edir.
Oyun 1 dekabr tarixində Bakıdakı klubların birində baş tutacaq. Bu barədə Modern.az saytına “Mətbuat qeyri-rəsmi qrupu”dan veriblər.
Təxminən 3-4 saat davam edəcək oyunun ardınca mətbuat nümayəndələri üçün işdən sonra maraqlı axşam təşkil olunacaq. 30-a yaxın jurnalistin qatılacağı oyuna müxtəlif media orqanlarından nümayəndələr iştirak edəcək. Bura “Xəzər” TV, “Lider” TV, “İctimai” TV, ANS TV, AzTV, “Cənub” TV, “Səs” TV, MuzTV-nin, APA, “Lent.az”, “Trend”, “Azadinform” agentliklərinin, o cümlədən “Qafqazinfo”, Modern.az xəbər saytlarının, “Gündəlik teleqraf”, “Baku Post”və digər qəzetlərin əməkdaşları daxildir. Bundan başqa tədbirə müstəqil yazarlar və jurnalistlər də iştirak qatılacaqlar.
Jurnalistlər Murad Əliyev, Mübariz Aslanov və Yelena Sidorenkonun təsisçiliyi ilə yaradılan “Mətbuat qeyri-rəsmi qrupu”nun əsası bu ilin yayında sosial şəbəkələrdə media nümayəndələrinin istirahətinin təşkili məqsədilə təşəbbüs formasında qoyulub (http://www.facebook.com/groups/metbuat.q.r/).
Qrup yayda jurnalistlərin Azərbaycanın bğlgələrinə, eləcə də Gürcüstana səfərini təşkil edib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO