Azərbaycan Jurnalistlər Birliyi layihənin yekunları ilə bağlı mətbuat konfransı keçirdi

Bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində Azərbaycan Jurnalistlər Birliyi “Cənub bölgəsində jurnalistlərin hüquqi maarifləndirilməsi” layihəsinin yekunları ilə bağlı mətbuat konfransı keçirdi.
SIA-nın məlumatına görə, layihənin koordinatoru Xaqani İbadov QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihəni həyata keçirməkdə məqsədin cənub bölgələrində fəaliyyət göstərən yerli jurnalistlərin hüquqi biliklərinin artırılması və jurnalist peşəkarlığının vacibliyini və məsuliyyətini onlara aşılamaq olduğunu bildirib.
X.İbadov bununla bağlı Lənkəranda bölgə üzrə AJB-nin Media-Hüquq Mərkəzinin yaradıldığını və onun nəzdində yerli jurnalistlər üçün hüquq kurslarının təşkil edildiyini, eləcə də jurnalistlərə söz azadlığı və ondan irəli gələn hüquqi tənzimlənmə yollarının müzakirə edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Daha sonra çıxış edən AJB-nin məsul katibi Şahin Babayev bölgə mətbuatında dərc olunan qəzetlərin tirajının və əhalinin oxuculuq səviyyəsinin çox aşağı olduğunu bildirərək, çıxış yolu kimi dövlətin müdaxiləsinin vacibliyini göstərdi.

SİA

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO