“Azərbaycan folkloru və kitab mədəniyyəti “

"Azərbaycan folkloru və kitab mədəniyyəti"AMEA Mərkəzi Elmi Kitabxananın direktoru, fil.e.n. Aybəniz Əliyeva-Kəngərlinin “Azərbaycan folkloru və kitab mədəniyyəti” adlı kitabı işıq üzü görüb.
Monoqrafiya Azərbaycan kitab mədəniyyətinin mühüm bir hissəsi olan folklor kitabının qaynaqları, təşəkkülü və inkişaf prosesini araşdırmağa həsr olunub. İlk dəfə bu kitabda erkən orta əsrlərdən XIX əsrə qədər ilkin-ibtidai əlyazma halında olan Azərbaycan folklorunun əsas tarixi-mədəni səciyyə və ən mühüm nümunələri üzərində dəyərləndirmələr aparılır.
XIX əsrin sonlarından çap kitabına keçidlə əlaqədar fərdi təşəbbüs və elmi-təşkilati fəaliyyət formasında həyata keçirilən Azərbaycan folklor kitabının əsas istiqamət və mərhələləri, ən mühüm nəşrlərin səciyyəvi xüsusiyyətləri və s. bu kimi çoxsaylı elmi problemlər tədqiqat işinin əsas məğzini təşkil edir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO