Yazıçılar Birliyində “Azərbaycan ədəbiyyatı tarixi” adlı kitabının təqdimetmə mərasimi keçirilib. Kitabın müəllifi Elməddin Əlibəyzadədir. Tədbirdə çıxış edənlər Elməddin Əlibəyzadənin yaradıcılığına və yeni nəşr haqqında fikirlərini bölüşüb. Qeyd edilib ki, kitab Azərbaycan ədəbiyyatının formalaşması və inkişafı tarixinin nümunəsidir.
Kitabın müəllifi, professor Elməddin Əlibəyzadə fikirlərini bildirib: “Kitabda təxminən 40-50 dövr izlənilir. Dədə Qorquda qədər bizim ədəbiyyatımız, mədəniyyətimiz, əxlaqımız və s. 830 səhifəlik kitabda yazılıb. Bu kitablar elə belə yaranmayıb. Təxminən 40-50 illik axtarışlarımın məhsuludur, yuxusuz gecələrimin məhsuludur. Və mənə elə gəlir ki, uğur qazanmışam. Çünki kitab haqqında yüksək fikirlər var”. Kitaba həmçinin dilin mənşəyi, yazının kəşfi məsələləri, izahı, şərhi də əlavə olunub.