Azərbaycan Beynəlxalq Universitetin rektoru qəzet redaktorunu məhkəməyə verib

Baş redaktor Asif Mərzilinin sözlərinə görə, Elşad Abdullayevin məhkəməyə müraciət etməsinə 2008-ci ilin avqust ayında «Təzadlar» qəzetinin səhifələrində qardaşı Mahir Abdullayevin yoxa çıxması haqqında araşdırma materialların dərci səbəb olmuşdur. Baş redaktor qeyd edib ki, iddiaçı onun həbsi və 30 min manat kompensasiyanın ödənilməsini tələb edir.

«İşin icraatı Yasamal rayon məhkəməsinin hakimi Abbas Rzayevə həvalə edilib. Məhkəmədə iddiaçının nümayəndəsi sözügedən məqalələrdə təhqir elementlərinin olub-olmamasının aşkar edilməsi üçün ekspertizaya göndərilməsini istəyib. E.Abdullayevin vəkilinin xahişini təmin edən məhkəmə ekspertizanın nəticələri məlum olanadək, nəşrdə Mahir Abdullayevin yoxa çıxması haqqında materialların dərcinə qadağa qoyub.

Day.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO