“Azərbaycan arxeologiyası (Daş dövrü) ” adlı kitab işıq üzü görüb

"Azərbaycan arxeologiyası (Daş dövrü)" adlı kitab işıq üzü görübAMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən tarix elmləri doktoru Maisə Rəhimovanın “Azərbaycan arxeologiyası (Daş dövrü)” kitabının I cildi nəşr olunub. Bu barədə AMEA-dan məlumat verilib. Kitabın I cildi respublikamızın ərazisində Daş dövrü üzrə aparılmış kompleks elmi tədqiqatlar zamanı tapılmış maddi mədəniyyət qalıqlarının elmi şərhinə həsr olunub. Əsərdə Azərbaycan ərazisində qeydə alınmış dünya şöhrətli Azıx və Tağlar paleolit düşərgələrindən aşkar olunmuş arxeoloji, paleontoloji və paleoantropoloji qalıqlar arxeologiya elminin son nailiyyətləri əsasında tədqiq edilib. Müəllifin sözlərinə görə, kitabda ibtidai insanların mənəvi aləmini və Qarabağın ən qədim tarixini maddi mədəniyyət qalıqları əsasında şərh edilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO