Azər Qaraçənlinin “Azadlıq Nitqləri ” kitabı çap olunub

Jurnalist Azər Qaraçənlinin “Azadlıq nitqləri” kitabı işıq üzü görüb. “Qanun” nəşriyyatında çap olunan kitabda müəllifin esse silsiləsi toplanıb.

Müəllifin düşüncəsinə görə, “Azadlıq nitqləri” azadlıq üçün təhlükəli olan bir mühitdə heç kimi qızışdırmadan, heç kimə ziyan vurmadan, təmənnasız, təvazökar, məsuliyyətli, insaflı və tamamilə dinc mübarizə metodlarını tapmaq cəhdidir. Müəllif bu silsiləni hardasa nitq kimi söylədiyinə görə yox, yazı üslubuna görə nitqlər adlandırıb.

Azər Qaraçənli (Əliyev Azər Ağa oğlu) 1973-cü ildə Bakı şəhərində doğulub. Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsini bitirib. 1993-cü ilin sonlarından jurnalistika sahəsində çalışır. “Azadlıq” (1993-1995, 1998), “Yeni Müsavat” (1998-2000), “Avropa” (2000-2003) qəzetlərində işləyib. 2004-cü ildən “İnternyus Azərbaycan” İctimai Birliyində çalışır, “Media forum” xəbər saytının baş redaktorudur.

“Azadlıq nitqləri”ni əldə etmək istəyənlər (+99412) 497-21-02 (03); 434-71-02 (03) nömrələrinə zəng vurub Canpolad Əsgərovu soruşa bilərlər.

Bundan başqa, Kitab Klubuna da müraciət etmək olar: (+99412) 511-61-86; 492-12-38.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO