“Azerspace-1 ” ilk telekommunikasiya peyki “Azərkosmos ” ASC-nin idarəetməsinə verilib

Azərbaycanın “Azerspace-1” ilk telekommunikasiya peykinin orbitdəki bütün sınaq prosesləri uğurla başa çatdıqdan sonra aprelin 2-dən etibarən idarəetmə peykin istehsalçısı olan ABŞ-ın “Orbital Sciences” şirkəti tərəfindən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərkosmos” ASC-yə təhvil verilib.

Nazirlikdən SalamNews-a verilən məlumata görə, hazırda “Azərkosmos”un mütəxəssisləri Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzindən peyki idarə edirlər və lazımi əməliyyatlar aparırlar. Peyk həmçinin Naxçıvan Muxtar Respublikasında yerləşən Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzindən də izlənilir. Peyk kommersiya fəaliyyətinə başlamaq üçün tam hazır vəziyyətdədir.

Xatırladaq ki, Azərbaycan mütəxəssislərinə təhvilvermə əməliyyatları martın 15-dən başlayıb və aprelin 2-də başa çatıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO