“Azadlıq” qəzetinin internet-saytı aramsız haker hücumlarına məruz qaldlığından müvəqqəti olaraq fəaliyyətini dayandrımaq məcburiyyətində qalıb (BBC). Qəzetin baş redaktoru Qənimət Zahid deyir ki, hələ bir neçə ay öncə növbəti hücumdan sonra onlar daha etibarlı serverə köçəndə yaxşı müdafiə olunacaqlarını düşünürdülər. ”Amma sonra bizə xəbər verdilər ki, aramsız hücum və spam axıdılmasına görə, server problemi aradan qaldırana kimi bizə xidməti dayandrımaq məcburiyyətindədir”.