«Azadlıq» qəzetinin baş redaktoruna vəkili ilə görüşmək qadağan olunub

Onun sözlərinə görə, Qənimət Zahid Nəsimi rayon məhkəməsindən məktub alıb. «Məktubda deyilir ki, məhkəmə Q.Zahidin vəkilinin onunla görüşmək haqqında iddiasını rədd edib. Bu qərar iddia ərizəsində Qənimət Zahidin imzasının olmaması ilə izah olunur. İddia ərizəsinə həyat yoldaşımın vəkili Elçin Sadıqov və ailə üzvü kimi, mən imza atmışam», – deyə A.Mursaliyeva qeyd edib.

Xatırladaq ki, ötən həftə vəkil Elçin Sadıqov Nəsimi rayon məhkəməsinə «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidlə görüşməyə icazə verilməməsi səbəbindən iddia ərizəsi ilə müraciət etmişdir.

Mənbə: Day.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO