“Azadinform ” agentliyi QHT-lərə etiraz edir

Müsabiqələrdə layihələri keçməyən bir qrup QHT təmsilçisi QHT-lərə Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun qalib elan etdiyi layihələri monitorinq etmək və qiymətləndirmək istədiklərini açıqlayıblar. Onlar bununla əlqədar İşçi Qrupu da yaradıblar. İşçi Qrupu “Azadinform” İnformasiya Agentliyininin də KİV-in İnkişafına Dövlət Dəstəyi Fondundan keçirdiyi layihənin monitorinqini aparmaq istədiyini elan edib. Bu isə qarşı tərəfin narazılığı ilə qarşılanıb.

“Azadinform” İnformasiya Agentliyininin redaktoru Niyaz Niftiyev adlarının şübhəli layihələr siyahısında hallandırılması ilə qətiyyən razılaşmır. N.Niftiyev İşçi Qrupun bülleteninin ilk buraxılışında “Şübhəli və diqqətçəkən qalib layihələr hansılardır?” bölümünə Azərbaycanın müstəqil mətbuat tarixində 10 ildən çoxdur fasiləsiz fəaliyyət göstərən “Azadinform” İnformasiya Agentliyinin adının daxil edilməsindən təəssüfləndiyini bildirib. “Mən dərhal onlara məktub yazıb məsələni obyektiv araşdırmalarını təklif etdim. Bir neçə gün vaxt keçib, amma onlardan səs çıxmadı. Bundan sonra isə mən imkan verməyəcəm. Əgər İşçi Qrupu bülleteni yaymazdan əvvəl araşdırma aparsaydı, əlbəttə ki, “Azadinform” İnformasiya Agentliyinin qalib olduğu layihəni necə icra etdiyinin şahidi olardı. Belə tez nəticə çaxarmağdan bəlli olur ki, tərtib edilən siyahı sadəcə subyektiv fikirlər üzərində qurulub. Əgər xahiş etsəydilər zəruri məlumatları biz də onlara təqdim edə bilərdik. Və yaxud da əksinə, nəticələri daha obyektiv olsun deyə, layihənin icrası ilə bağlı tədbir keçirdiyimiz rayonlarda fəaliyyət göstərən qəzetlərin adlarını çəkərdik, onlar da maraqlanıb layihənin hansı səviyyədə icrasının şahidi olardılar”,-deyə N.Niftiyev əlavə edib.

N.Niftiyev əlavə edib ki, onlar obyektiv məlumatlara deyil, yalnız özlərinin subyektiv mülahizələrinə əsaslanıblar: “Onlar hesabatlarında “Azadinform”un adının çəkməklə onun işgüzar nüfuzuna xələl gətirmək istəyiblər. Eyni zamanda kollektivini, bir çoxlarının həmkarlarının fəaliyyətini kölgə altına salıblar”.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO