Azad şairlər Azərbaycana sentyabrın 6-da gələcəklər

Tahirə Hüseynova: “Fəridin azadlığa buraxılması xəbərini bizə İranın Azərbaycandakı konsulluğundan veriblər
İranda həbsdən azad olunan şairlərin Azərbaycana sentyabrın 6-da dönəcəyinə dair ehtimallar var. Bu barədə İranda qanunsuz olaraq həbs olunan və sentyabrın 4-də azadlığa buraxılan şair Fərid Hüseynin anası Tahirə Hüseynova deyib. Fəridin yolunu səbirsizliklə gözlədiyini bildirən T.Hüseynova qeyd edib ki, onların İrandan Azərbaycan tərəfinə keçməsi bir az zaman ala bilər: “Bu da sənədləşmə işi ilə əlaqədardır”. Onun sözlərinə görə, Fəridin azadlığa buraxılması xəbərini onlara İranın Azərbaycandakı konsulluğundan veriblər. T.Hüseynova oğlunun azad olmasından çox şad olduğunu bildirib. O, bu işdə əməyi keçən hər kəsə təşəkkürünü bildirib: “Azərbaycan hakimiyyətinə, ictimai sektor nümayəndələrinə, o cümlədən KİV əməkdaşlarına dərin təşəkkürümü bildirirəm”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO