Az ‘rtac-ın təzə binası Atatürk prospektində olacaq

“Bakının Atatürk prospektində Azərbaycan Dövlət Teleqraf Agentliyinə bina tikilməsi məqsədilə torpaq sahəsi ayrılıb”. “Media forum” saytına açıqlamasında AzərTAc-ın baş direktoru müavini Dağbəyi İsmayılov belə deyib.

Yeni bina üçün 20 sot torpaq sahəsi ayrıldığını bildirən Dağbəyi İsmayılov hazırda layihə-smeta sənədləri üzərində iş getdiyini vurğulayıb: “Binanın neçə mərtəbə olması, hansı formada tikilməsi hələ dəqiqləşməyib. Bu məsələlər işləmə mərhələsində müəyyənləşəcək”.

Prezident İlham Əliyev 2010-cu il aprelin 22-də AzərTAc-ın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı sərəncam imzalayıb.

Dağbəyi İsmayılov prezidentin sərəncamından irəli gələn digər məsələlər üzrə də işlər görüldüyünü və agentliyin xarici ölkələrdə yeni müxbir məntəqələrinin açıldığını deyib: “Çin, Yaponiya, Macarıstan və Baltik ölkələrində yeni müxbir məntəqələri fəaliyyətə başlayıb. Prezidentin sərəncamından sonra alman, fransız və ərəb dillərində xəbərlər yayımlanmağa başlayıb. Agentlikdə multimedia xəbər xidməti də yaradılıb”.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO