Azərbaycanda “.az” qeydiyyatlı domenlərin sayı artır

Azərbaycanın yuxarı səviyyəli milli domen zonasında (.az) qeydiyyatdan keçən domenlərin sayı artmağa davam edir.
Modern.az-ın məlumatına görə, “.az” domen zonasında ilin əvvəlindən qeydiyyata düşən domenlərin sayı 3 mini ötüb.
Domenlərin böyük əksəriyyəti “.az” (16653) domeninin payına düşür. Həmçinin 705 ədəd “.com.az” domeni qeydiyyatdan keçib.
Sonrakı yerlər aşağıdakı kimidir:

.pro.az 1
.name.az 3
.biz.az 11
.info.az 23
.co.az 39
.pp.az 39
.int.az 42
.net.az 58
.org.az 97
.edu.az 169

Məlumat üçün bildirək ki, internetdə Adlar və Nömrələr üzrə Qeydiyyat Korporasiyası (Internet Corporation For Assigned Names and Numbers, ICANN) 1993-cü il avqustun 25-də “.az” domen zonasının Azərbaycan dövlətinə verilməsi haqqında qərar qəbul edib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO