İranda xalq şairi Bəxtiyar Vahabzadənin “Axı dünya fırlanır” əsəri nəşr olunub. Bu barədə kitabın naşiri, yazıçı-publisist Səid Muğanlı məlumat verib. İranın paytaxtı Tehranda əski əlifbada (ərəb əlifbası) türk dilində (Azərbaycan dilində) nəşr olunan kitabın redaktoru Səid Muğanlıdır.
Qeyd edək ki, S. Muğanlı bu günə qədər Azərbaycan şair və yazıçılarının 50-yə yaxın şeir, poema, hekayə və digər janrlarda olan əsərlərini Azərbaycan dilində əski əlifbada nəşr etdirib.