Avropanın demokratik qüvvələri Ermənistana qarşı çıxır

Avropanın demokratik qüvvələri Ermənistana qarşı çıxırAvropanın Azadlıq və Demokratiya Partiyası da Ramil Səfərovla bağlı qətnaməyə səs verməkdən imtina edib

Dünən Avropa Parlamentinin (AP) plenar sessiyasında Ramil Səfərovun işi ilə bağlı təcili qətnamə layihəsinin müzakirəyə çıxarılacağı gözlənilir. AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanovun verdiyi məlumata görə, iclas ərəfəsində müzakirəyə çıxarılacaq məsələ ilə bağlı siyasi qrup və partiyalar arasında ciddi fikir ayrılıqları yaranıb.
Belə ki, Liberallar Qrupunun ardınca sentyabrın 12-də daha bir fraksiya — Avropanın Azadlıq və Demokratiya Partiyası da Azərbaycan zabiti ilə bağlı qətnaməni müdafiə etməmək haqqında qərar qəbul edib. Daha bir siyasi qrupun qətnaməni imzalamaqdan imtina etməsinə münasibət bildirən millət vəkili yaranmış vəziyyətdə müzakirəyə çıxarılacaq sənədin bütün siyasi qruplar tərəfindən səsvermə üçün vahid qətnamə təklifi olmayacağını, beləliklə də, qəbul olunacaq sənədin AP-nin prosedur qaydalarına əsasən bütövlükdə Avropa Parlamentinin qətnaməsi deyil, yalnız həmin sənədə səs verən siyasi qrupun bəyanatı səviyyəsində bir sənəd ola biləcəyini vurğulayıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO