Brüsseldə Avropa Şurasının (AŞ) kitabxanasında azərbaycanlı ekoloq-alim və mikrobioloq Nəriman İsmayılovun “Ekologiya və mədəniyyət” adlı kitabının təqdimatı keçirilib. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib.
Kitab ekologiya və mədəniyyət arasında qarşılıqlı əlaqələrə, ölkələrin və xalqların ekoloji sivilizasiya prinsiplərinə həsr olunub.