“Avporada QHT-nın hüquqi statusu haqqında tövsiyəsi” kitabçasının təqdimatı keçirilmiçdir

Oktyabrın 28-də Bakıda “Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlərə Avropada qeyri-hökumət təşkilatlarının hüquqi statusu haqqında tövsiyəsi” kitabçasının təqdimatı keçirilmişdir.
Avropa Şurası baş katibinin Azərbaycan üzrə xüsusi nümayəndəsi Veronika Kotek tövsiyə haqqında məlumat verərək bildirmişdir ki, əsas məqsəd üzvlər arasında daha sıx birliyə nail olmaqdır. Tövsiyə QHT-lərin hüquqlarının müdafiəsini təmin etmək üçün maarifləndirmə məqsədi ilə nəzərdə tutulmuşdur. Burada QHT-lərin fəaliyyəti ilə əlaqədar bir sıra mühüm prinsiplər öz əksini tapmışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev ölkəmizdə 2000-ci ildə qanunun QHT-lərlə bağlı qəbul olunduğunu diqqətə çatdırmış, ümummilli və ictimai tədbirlərin həyata keçirilməsində QHT-lərin mühüm rol oynadığını bildirmişdir.

AzərTAc

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO