AVCİYA Xaçmazda müşahidəçilər üçün treninq keçirdi


Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) şimal bölgəsində bələdiyyə seçkilərinin monitorinqini həyata keçirəcək müşahidəçilər üçün treninq keçirib.

Bu barədə Lent.az-a AVCİYA-nın mətbuat xidmətindən bildirilib. Tədbiri assosiasiyanın şimal regionu üzrə nümayəndəsi Solmaz Mehdiyeva açaraq, görülən işlər barədə məlumat verib. Daha sonra AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı müşahidənin üç mərhələsi, müşahidəçilərin hüquq və vəzifələri, davranış qaydaları, seçki günü lazım olan sənədlər və digər məsələlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.

O, həmçinin AVCİYA-nın 2004-2009-cu illərdə referendum və seçkilərlə bağlı nəşr etdirdiyi 11 kitab, o cümlədən “2009-cu il bələdiyyə seçkilərinin monitorinqi. Yaddaş kitabı” haqqında da geniş məlumat verib. Seçki Qərargahının əməkdaşı Osman Ağayev seçki günü müşahidəçilərlə əlaqə saxlayacaq operatorların fəaliyyəti ilə bağlı iştirakçıları məlumatlandırıb. Tədbirin sonunda müşahidəçilərin sualları cavablandırılıb və onlara seçki günü lazım olan vəsaitlər təqdim edilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO