AVCİYA Lənkəran və Lerikdə seminar keçirdi

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı Milli Məclisə seçkilərlə əlaqədar növbəti tədbiri Lənkəran və Lerikdə keçirib.
Hər iki tədbirdə AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı və Seçki Qərargahının əməkdaşı Osman Ağayev məruzə ilə çıxış etmişlər. Onlar seminar iştirakçılarına AVCİYA Seçki Qərargahının parlament seçkiləri ilə əlaqədar hazırladığı fəaliyyət proqramı haqqında ətraflı məlumat vermiş və seçkilərlə bağlı hazırlanmış kirabçaları onlara təqdim etmişlər. Tədbirlərdə həmçinin AVCİYA – nın Lənkəran şəhərində yerləşən regional ofisin işinin parlament seçkilərinə uyğunlaşdırılması ilə bağlı müzakirələr aparılıb. Lənkəranda keçirilən seminarda AVCİYA – nın regional ofisinin rəhbəri Ceyhun İsmayılov, həmçinin Masallı və Cəlilabad rayonları üzrə koordinatorlar da iştirak edib.
Lerikdə keçirilən tədbir AVCİYA – nın rayon üzrə koordinatoru Əhmədağa Ağayevin təşkilatçılığı ilə həyata keçirilib. Bu tədbirdə də AVCİYA Seçki Qərargahının üzvləri və regional ofisin nümayəndələri iştirak edib.
Növbəti tədbirin Oğuz və Zaqatala şəhərlərində keçirilməsi planlaşdırılır.

AVCİYA Mətbuat Xidməti

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO