Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) dekabrın 18-də bələdiyyə seçkiləri ilə bağlı “Aralıq hesabatı”nı açıqlayacaq. Assosiasiyanın mətbuat xidmətindən SİA-ya daxil olan məlumata görə, AVCİYA-nın Seçki Qərargahı tərəfindən hazırlanan “Aralıq hesabatı” Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədlərin qeydiyyatı və təbliğat təşviqat kampaniyası dövrünü əhatə edən uzunmüddətli müşahidəsinin nəticələrini əhatə edir.
Xatırladaq ki, AVCİYA eyni zamanda dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində “ELS” Müstəqil Araşdırmalar Mərkəzi ilə birlikdə 222 məntəqədə “exit-poll” tədqiqatı da həyata keçirəcək.