AVCİYA Azərbaycanda keçirilmiş bələdiyyə seçkilərinin yekunlarına dair mətbuat konfransı keçirib

AVCİYA Azərbaycanda keçirilmiş bələdiyyə seçkilərinin yekunlarına dair mətbuat konfransı keçiribBu gün Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) ölkədə keçirilən bələdiyyə seçkilərinin yekunları ilə bağlı mətbuat konferansı keçirib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən AVCİYA-nın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib ki, təmsil etdiyi qurum seçki ərəfəsində beynəlxalq təşkilatlarla sıx əlaqə yaradaraq, 49 dairə üzrə 1600 məntəqədə bələdiyyə seçkilərini müşahidə edib. AVCİYA, həmçinin “ELS” Müstəqil Araşdırmalar Mərkəzi ilə birlikdə 8 bələdiyyənin ərazisini əhatə edən 17 DSK-nin 222 məntəqəsində “exit-poll” tədqiqatı həyata keçirib: “AVCİYA-nın bələdiyyə seçkilərindəki müşahidəsinin nəticələri onu deməyə əsas verir ki, 49 DSK üzrə 1600 məntəqədə seçici fəallığı 32.6 faiz təşkil edib. AVCİYA-nın, həmçinin “ELS” Müstəqil Araşdırmalar Mərkəzi ilə birlikdə 8 bələdiyyə ərazisini əhatə edən 17 DSK-nin 222 məntəqəsində keçirdiyi “exit-poll” tədqiqatı zamanı seçici fəallığı Nərimanov bələdiyyəsi üzrə 28.3, Nəsimi bələdiyyəsi üzrə 26.4, Səbayel bələdiyyəsi üzrə 31.3, Xətai bələdiyyəsi üzrə 28.3, Xırdalan bələdiyyəsi üzrə 38, Xaçmaz bələdiyyəsi üzrə 27.1, Şirvan bələdiyyəsi üzə 37.8, Gəncənin Nizami bələdiyyəsi üzrə 26.1 faiz təşkil edib”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO