ATƏT Özbəkistan hökumətini jurnalistlərə görə tənqid edib

ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunja Mijatoviç Özbəkistan hakimiyyətini müstəqil jurnalistlərə qarşı sərt məhkəmə qərarları ilə təzyiq etməkdə günahlandırıb.

Sentyabrın 25-də Özbəkistanın Xarici İşlər nazirinə göndərdiyi məktubunda Mijatoviç jurnalistlər Abdumalik Boboyev və Vladimir Berezovskinin qarayaxma ittihamı ilə məhkəməyə çəkilməsindən narahat olduğunu bildirir. Çünki bundan bir qədər əvvəl daha üç jurnalist bənzər ittihamlarla altı ildən 12 il yarıma qədər azadlıqdan məhrum edilib. /Azadlıq radiosu/

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO