ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Cənubi Qafqaz ölkələrində plüralizmin olmamasından şikayət edir

ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Cənubi Qafqaz ölkələrində plüralizmin olmamasından şikayət edir.

Cənubi Qafqazın üç ölkəsində demokratiya müxtəlif səviyyələrdə mövcuddur, bu gün ATƏT-ın Tbilisidə açılışı olan konfransında təşkilatın mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Xaraşti bəyan edib.

Onun sözlərinə əsasən, Gürcüstanda qanunvericiliyin köməyi ilə dəyişikliklər yolu ilə həll edilməli olan TV sahiblərinin fəaliyyətinin şəffaflığı məsələləri, TV-nin maliyyələşdirilməsi, həmçinin siyasi plüralizm məsələləri ilə bağlı problemlər mövcuddur.

Cənubi Qafqaz ölkələrinin VI media-konfransı ATƏT-in ofisi tərəfindən təşkil olunub və Gürcüstan, Azərbaycan və Ermənistanda media azadlığı ilə bağlı vəziyyətə həsr olunub.

Xaraştinin qeyd etdiyi kimi, ölkələrdə jurnalistlərin təhsil səviyyəsi artırılmadan azad media haqqında danışmaq olmaz. O hesab edir ki, əgər KİV-də plüralizm yoxdursa, hətta ən yaxşı qanunlar belə media azadlığını təmin edə bilməz.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO