ATƏT-in Bakı Ofisi jurnalistlər və mətbuat xidməti nümayəndələri üçün təlimlər keçirir

ATƏT-in Bakı Ofisi Azərbaycan Respublikası Prezident Administrasiyasının dəstəyi ilə bu gün jurnalistlər və mətbuat xidməti təmsilçiləri üçün təlimlərə başlayıb. Bu barədə təşkilatın Bakı nümayəndəliyinin məlumatında deyilir.

Üçgünlük təlimlər jurnalist mədəniyyəti standartları, obyektivlik, qərəzsizlik və ictimai məsuliyyətə, eləcə də Azərbaycan qanunvericiliyinə əsaslanaraq rəsmi məlumatın istifadəsinə həsr olunacaq.

ATƏT-in Bakı Ofisi həmçinin mətbuat xidməti təmsilçiləri üçün üç günlük təlimlər keçirəcək. Bunda əsas məqsəd, press-relizlərin hazırlanması, mətbuat konfranslarının təşkili üçün iştirakçılara praktiki biliklər verilməsidir. Təlimləri beynəlxalq dərəcəli peşəkar ekspertlər keçirəcək və təlim sessiyalarının sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.

“Rəsmi məlumatın əldə olunması – demokratiyanın inkişafı üçün önəmli elementdir”, – ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Bilge Cankorel müsbət nəticələrin əldə ediləcəyinə ümüdünü ifadə edərək, əlavə edib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO