Assanj son qərarını verdi: “WikiLeaks saytı bağlanacaq”

Assanj son qərarını verdi: “WikiLeaks saytı bağlanacaq”WikiLeaks saytı bağlanmaq təhlükəsi ilə üzləşib. Saytın yaradıcısı Culian Assanj İsveç qəzetinə müsahibəsində bildirib ki, WikiLeaks-in gündəlik xərcləri 600 min dollardır.
“Əgər situasiya dəyişməsə, saytı bağlamalı olacağam”-deyə Assanj bildirib.

Problemi açıqlayan Assanj bildirib ki, nəhəng ödəmə sistemləri sayta girişi bağlamaqla göndərilən ianələrin qəbulunda problem yaradıb. O, qeyd edib ki, ciddi şəkildə məşğul olduğundan əlavə maliyyə mənbələrini axtarmaq üçün vaxt tapa bilmir.

Bu ilin sonunda WikiLeaks-in hesablarını idarə edən fonddan elan edilmişdi ki, saytın 2010-cu il üçün gəliri 1 milyon avro olub. Bu pullar müxtəlif ölkələrdən olan ianələrdir.

Saytın pulunun əsas hissəsi kompüter avadanlığına, internetə və əməkdaşların ezamiyyə xərclərinə xərclənir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO