Asif Mərzili beynalxalq təşkilatın təmsilçiləri ilə görüşdə mətbuat şurasından gileylənib

“Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili “Human Rights Watch” beynəlxalq insan haqları təşkilatının mətbuat üzrə ekspertləri Georgi Qogia və Stiv Sverdlovla görüşündə Mətbuat Şurasından gileylənib.

İyunun 7-də “Human Rights Watch” təşkilatının Bakı ofisində keçirilən görüşdən danışan Asif Mərzili “Media forum”a deyib ki, Mətbuat Şurasının uzun illərdir fəaliyyət göstərən bir media quruluşuna qarşı basqıları təəssüf doğurur: “Human Rights Watch” təmsilçilərinə bildirdim ki, Mətbuat Şurasının heç bir hüquqi əsası olmayan qaydalara əsaslanıb hansısa media quruluşunu “reket” elan etməsi, adını “qara siyahı”ya salması yolverilməzdir. Mediaya kömək etməyə vəkil edilmiş ictimai qurum olan Mətbuat Şurası sanksiya, senzura tətbiqinə start verib, indi də Milli Məclisdən inzibati səlahiyyətlər istəyir. Bu, çox qorxulu bir istəkdir”.

Mətbuat Şurasının İdarə Heyəti ötən ilin oktyabrında “Təzadlar”ın adının “qara siyahı”ya salınması haqda qərar çıxarıb. “Təzadlar”ın baş redaktoru Asif Mərzili buna görə məhkəməyə üz tutub. Bu çəkişmə hələ də davam edir.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO