Asif Mirzəli Əflatun Amaşovu məhkəməyə verib

“Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili Mətbuat Şurasının sədri Əflatun Amaşovu məhkəməyə verib. Nəsimi Rayon Məhkəməsinə təqdim olunan ərizədə baş redaktor şura sədrinin media açıqlamalarında onun şərəf və ləyaqətini ləkələyən ifadələr işlətdiyini bildirib. O, KİV-də təkzib verilərək üzr istənməsini, cavabdehdən vurulmuş mənəvi ziyana görə 50 min manat tutulmasını xahiş edib.

Baş redaktorun etirazına səbəb qəzetinin reket adlandırılmasıdır.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO