“525 kitab: qadın yazarlarımız” layihəsi çərçivəsində yazıçı-publisist Günel Anarqızının “Arzu” adlı kitabı işıq üzü görüb. Məlumat üçün bildirək ki, “525-ci qəzet”in “Bank of Azerbaijan”la birgə həyata keçirdiyi humanitar-mədəni layihə çərçivəsində bundan əvvəl Nurəngiz Günün “Mənim o ağ çiçəklərim” kitabı, “Zərif çələng” adlı, çağdaş qadın poeziyasından seçmələr toplusu, Afaq Məsudun “II İohann” hekayə-romanı çap olunub. Seriyanın rəhbəri “525-ci qəzet”in baş redaktoru, AYB-nin katibi Rəşad Məcid, tərtibçi və redaktor isə Səlim Babullaoğludur. Sözügedən nəşrdə Günel Anarqızının hekayələri toplanıb. Kitabın sonunda isə tanınmış ədəbiyyat xadimlərinin müəllif haqqında fikirləri yer alıb.