Arxeologiya və Etnoqrafiya İnstitutunun beynəlxalq qurumlarla birgə tədqiqatları

Arxeologiya və Etnoqrafiya İnstitutunun beynəlxalq qurumlarla birgə tədqiqatlarıAMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu son iki ildə beynəlxalq əlaqələrini daha da genişləndirib. Bu barədə qurumdan məlumat verilib.
İnstitut respublika ərazisindəki bir neçə arxeoloji tədqiqatları dünyanın aparıcı arxeologiya institutları ilə müştərək aparır. Aparılan işlərin davamı olaraq bu ilin fevral ayında Tokio Universitetinin nümayəndələrinin Bakıya gəlişi gözlənilir. Səfər zamanı Tokio Universiteti və muzeyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu arasında birgə əməkdaşlıq haqqında sazişin imzalanması nəzərdə tutulub.
Bu ilin mart ayında Tokio Universitetində və Yaponiyanın Arxeologiya Cəmiyyətində keçiriləcək konfranslarda isə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Fərhad Quliyevin “Azərbaycan və ümumən Qafqazın ən qədim oturaq həyat tərzli neolit dövrünün erkən əkinçi tayfaları” mövzusunda məruzə ilə çıxış edəcəyi nəzərdə tutulub.
Aprel ayında Londonda Britaniya Muzeyi tərəfindən təşkil olunmuş İCAANE – “Qədim Şərqin arxeologiyası” VII Beynəlxalq arxeoloji konfransda Fərhad Quliyev “New light on the south Caucasian Neolithic: Insights from Goytepe, Azerbaijan” mövzusunda məruzə ilə çıxış edəcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO