ARPYEİF-nun yaradılması haqqinda Azərbaycan Respublikası Prezidentin Sərəncamı

Azərbaycan Respublikasının Prezidenti Yanında Elmin İnkişafı Fondunun yaradılması haqqinda Azərbaycan Respublikası Prezidentin Sərəncamı
Azərbaycan Respublikasında fundamental elmi tədqiqatların stimullaşdırılmasını, ölkəmizin təbii resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsini, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılmasını və dünya elmi məkanında Azərbaycan elminin layiqincə təmsil olunmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin
İnkişafı Fondu yaradılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. bir ay müddətində Azərbaycan Milli Elmlər Akademiyası
ilə birlikdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun nizamnaməsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin
İnkişafı Fondunun fəaliyyətinin təşkili üçün müvafiq yerin ayrılması və maddi-texniki təminatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin;
2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 oktyabr 2009-cu il.

AZƏRTAC

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO