ARDNŞ rəsmisi: “Jurnalistləri döyənlər polis bölməsində izahat verirlər”


Aprelin 18-də Sulutəpə qəsəbəsində Dövlət Neft Şirkəti (ARDNŞ) işçilərinin sənədsiz evləri sökməsi zamanı hadisəni izləyən jurnalistlər İdrak Abbasov (“Ayna-Zerkalo” qəzeti) və Günay Musayeva (“Yeni Musavat” qəzeti) döyülüb, təhqir olunublar. Jurnalistlər Dövlət Neft Şirkətinin işçiləri tərəfindən döyüldüklərini bildiriblər.

Modern.az saytı jurnalistlərin fiziki zorakılığa məruz qalması faktına ARDNŞ-dən rəsmi münasibət öyrənməyə çalışıb.
Dövlət Neft Şirkətinin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nizaməddin Quliyev Modern.az saytına açıqlamasında bildirib ki, jurnalistləri döyən şəxslər artıq polis bölməsindədirlər:
“Artıq həmin şəxslər polis bölməsində izahat verirlər. Məsələ Neft Şirkəti və polis tərəfindən araşdırılır. Həmin şəxslərə qarşı cinayət işi açılacaq. Bununla bağlı informasiya yaxın günlərdə mətbuata veriləcək”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO