APA yeni işçi qəbulu üçün müsabiqə elan etdi

APA yeni işçi qəbulu üçün müsabiqə elan etdiAPA qrup boş ştat vahidləri üzrə işə qəbulla bağlı müsabiqə elan edir. Müsabiqədə iştirak etmək istəyənlər sentyabrın 20-nə qədər CV-lərini APA-nın mərkəzi ofisinə təqdim etməlidir.

Müsabiqə elan olunan vakant yerlər:

1. “APA-Economics” üçün müxbir ştatı. Müraciət edənlərdən mətbuatda minimum 3 illik iş stajı, Azərbaycan və rus dillərini mükəmməl bilmək tələb olunur. Sənaye-energetika sahəsində ixtisaslaşmış jurnalistlərə daha çox üstünlük veriləcək.

2. Fotoqraf. Mətbuatda minimum iki illik iş təcrübəsinin olması, nizam-intizam qaydalarına və normal iş qrafikinə ciddi əməl etməsi tələb olunur.

3. Xüsusi tapşırıqlar üzrə müxbir. Mətbuatda ən azı 3 illik iş təcrübəsinin olması, xüsusi proyektlər, layihələrlə bağlı təkliflər verməsi, fərqli yazı üslubuna və texnikasına malik olması, operativliyə əməl etməsi tələb olunur.

Müsabiqədə iştirak edəcək şəxslərin CV-ləri ilə yanaşı, sahələri üzrə yaradıcılıq nümunələrini də redaksiyaya təqdim etmələri xahiş olunur.

Əmək haqqı yüksəkdir.

Müsabiqəyə CV-lərini təqdim edənlər arasından seçilmiş şəxslər redaksiyaya dəvət olunaraq, onlarla fərdi müsahibə aparılacaq. Müsahibədən keçən şəxslər üçün iki həftəlik sınaq müddəti elan ediləcək. Bu sınaqdan keçmiş şəxslər işə qəbul olunacaq.

Müsabiqədə iştirak etmək istəyənlər CV-lərini APA-nın mərkəzi ofisinə (Zərifə Əliyeva küçəsi, 27) təqdim edə və ya apa@azeurotel.com ünvanına göndərə bilər.

Maraqlananlar ətraflı məlumat üçün APA-nın kadrlar şöbəsinin müdiri Səidə Hacıyeva ilə əlaqə saxlaya bilər.

Əlaqə telefonları: + 99 412 596 33 57/58

apa@azeurotel.com

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO