APA Rusiya Xarici İşlər Nazirliyində akkreditə olunub

“Azəri-Press” Agentliyi Rusiya Xarici İşlər Nazirliyində Azərbaycanı təmsil edən kütləvi informasiya vasitəsi kimi akkreditə olunub.

APA-nın məlumatına görə, agentliyin Rusiyadakı müxbiri Rusiya XİN informasiya və mətbuat departamenti yanında xarici ölkənin kütləvi informasiya vasitəsi kimi qeydiyyatdan keçib və öz funksiyasını 1991-ci il noyabrın 27-də qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” qanun və Rusiya hökumətinin 13 sentyabr 1994-cü ildə təsdiq etdiyi 1055 saylı “Xarici kütləvi informasiya vasitələri müxbirlərinin Rusiya Federasiyası ərazisində qalması və akkreditə olunması qaydaları” qərarı əsasında həyata keçirəcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO