“APA-Ekonomist” analitik jurnalı artıq satışda!

Azərbaycanın “Ekonomist” MMC-nin təsis etdiyi “APA-Ekonomist” aylıq analitik jurnalını bu aydan etibarən artıq pərakəndə satış şəbəkəsindən də almaq mümkündür.

APA-nın məlumatına görə, 2010-cu ilin fevral ayından nəşr olunan jurnalın artıq 4 buraxılışı işıq üzü görüb. Gələn həftə isə jurnalın 5-ci sayının satışa çıxarılması planlaşdırılır.

Əgər əvvəllər “APA-Ekonomist” jurnalını yalnız redaksiya vasitəsilə abunə yolu ilə almaq mümkün idisə, iyunun əvvəlindən etibarən bu dərgini “Qasid”, “Qaya” və “Azərmətbuatyayım” şirkətlərinin Bakı və Sumqayıt şəhərləri ərazisində fəaliyyət göstərən köşklərindən almaq, həmçinin abunə olmaq mümkündür. Bununla yanaşı, “Ekonomist” və “Metro-Servis” şirkətləri arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, jurnalın 4-cü və sonrakı buraxılışlarını Bakı Metropoliteninin stansiyalarında da almaq olar.

Sonrakı mərhələdə satış şəbəkəsinin respublikanın digər şəhər və rayonlarını əhatə edəcəyi gözlənilir.

“APA-Ekonomist” jurnalında oxucular respublikanın sosial-iqtisadi həyatının müxtəlif sahələri üzrə icmal və analitik xarakterli məqalə və araşdırma yazıları ilə tanış ola bilərlər.

Jurnal ayda bir dəfə, rus dilində, 3 min tirajla, A4 formatında nəşr olunur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO