APA 24 saatlıq iş rejiminə keçib

Azəri-Press Agentliyi (APA) 24 saatlıq iş rejiminə keçib. Agentlik artıq 24 saat ərzində Azərbaycan, rus və ingilis dillərində xəbər xidməti göstərir.

Günün istənilən vaxtında APA-nın saytında ölkədə və dünyada baş verənlər, yeni-yeni xəbərlər, hadisə yerindən reportajlar və s.-lə tanış olmaq olar.

Qeyd edək ki, APA 2004-cü il noyabrın 16-da fəaliyyət başlayıb. Agentlik Azərbaycan, rus, ingilis, ərəb və fransız dillərində xüsusi bülletenlər və “on-line” formasında xəbər xidməti göstərir. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər yer alır.

Agentliyin www.apa.az, www.apasport.az, www.photo.apa.az ünvanlı internet saytları fəaliyyət göstərir. Bundan başqa, APA-nın gündəlik xəbərlərini mobil telefon vasitəsilə http://wap.apa.az ünvanından da oxumaq mümkündür. APA-nın Azərbaycanın bütün bölgələrində, həmçinin Türkiyə, Rusiya, Gürcüstan, Fransa, Brüssel və ABŞ-da ofisləri fəaliyyət göstərir.

Agentlik Avropa Şurasında, Dövlət Departamentində, Rusiya XİN-də rəsmi qeydiyyatdan keçib, dünyanın bir çox analitik mərkəzləri, o cümlədən “Stratfor” Qlobal Məlumat Şirkəti ilə əməkdaşlıq edir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO