ANS TV-nin xəbər aparıcısı Nigar Mahmudova: “… elə indi də özümü jurnalist hesab etmirəm”

– Bir qədər özünüz barədə ətraflı məlumat almaq istərdim. Nigar Mahmudova kimdir?

– Hal-hazırda ANS TV-in “Xəbərçi” proqramının saat 21.00 buraxışının aparıcısıyam. Əvəllər “Şarel” adlı bir moda evi var, orada modelyer-rəssam işləmişəm. Ondan əvvəl Rəssamlıq Akademiyasında müəllimlərimin sevimli tələbəsi olmuşam. Amma orta məktəb haqqında bunu deyə bilməyəcəm. Çünki məktəbi sevmirdim. Məncə məni başqalarından fərqləndirən əsas cəhətim heyvanları çox sevməyimdir. Bir də ədalətli olmağım.

– İxtisasca jurnalist deyilsiniz, maraqlıdır, jurnalist olmağa necə qərar verdiniz?

– Mən elə indi də özümü jurnalist hesab etmirəm. Mən aparıcıyam. Aparıcı olmağım isə təsadüfən baş verib. Televiziyadan dəvət ediblər. Bu dəvəti mənə edəndə bacarmayacağımı dedim. Amma məni efir sınağından keçhirən televiziya rəhbərliyinin fikri fərqli oldu. Ümid edirəm etimadlarını doğrultmuşham.
Ən sadiq tamaşaçım atamdır. Harada olmasından asılı olmayaraq bir televizor tapıb verilislərimə baxır. Mən də efirdə olanda atamı, digər yaxınlarımı və milli dəyərlərə önəm vərən bütün tamaşaçıları nəzərə alaraq onları qıcıqlandıracaq söz və hərəkətlərə, eləcə də geyim tərzinə yol vermirəm.

– Bildiyimiz qədər bir neçə televiziya kanalında çalışmısınız, ANS-ə gəlməyiniz nəcə olub?

– Mən televiziyada ilk addımlarımı məhz ANS-də atmışam. Bunu heç indi də ANS-də çoxları bilmir. Amma sonra dərslərimlə əlaqədar olaraq televiziyadan uzaqlaşdım. Sonra ixtisasım uzrə işlədim. Və bir gun məni ANS-dən tanıyan jurnalist Səadət Məmmədova “Lider” kanalına öz dəvət etdi. Sınaqlardan sonra rəhbərlik məni “Kim, Harada, Necə” verilişinə aparıcı təyin etdi. Daha sonra Murad Ariflə birgə hər gun “Lider”in 3 saatlıq canlı efirində “Yeni səhər” verilişini aparmışam. Bu məncə uğurlu layihə idi. Və Muradla mənim efirdəki deyişmələrimiz tamaşaçıların yadında daha yaxşı qalıb. Bizə dunyanın 4 tərəfindən zənglər gəlirdi.
ANS-ə məni ilk dəfə “Ağıl dəryası” verilişinə dəvət etdilər. Mən intellektual verilişdə işləməyi həmişə istəmişəm. Bu verilişdə mən orta məktəb proqramını təkrarladım. İshtirakçılarımı – 11-ci sinif şagirdlərini çox istəyirdim. Onlarla indi də unsiyyətim var. Şimali Kiprə göndərdiyimiz uşaqlarla danışıram, dərsləri, qaldıqlari yerlə maraqlanıram. Bilirsiniz ki, “Ağıl dəryası”nda qalib gələnlər təhsil almaq üçün Şimali Kiprdəki “Yakın Doğu” Universitetinə göndərilirlər.

– Əsl ixtisasınıza, yəni modelyer-rəssamlığa qayıtmaq barədə düşünmüsünüz?

– Mən 9 ay moda evində işləmişəm. Televiziyada işlədikdən sonra uşaqlıqdan arzuladığım modelyerlik sənətinə həvəsim öldü. Bu maraq uşaqlıq arzumu üstələdi. Halbuki, ömrümün 6 ilini bu sənəti dərindən öyrənməyə sərf etmişdim. Həm də Azərbaycanda bu sahə inkişaf etməyib. Mənə başqa sahələrdə işləmək təklifi də olub. Amma hələlik televiziyada işləmək mənə maraqlıdır.

– Modelyer-rəssam kimi hansısa işləriniz olubmu?

– Tələbə olarkən kolleksiyalar hazırlayırdıq. Daha çox gələcəkdə ola biləcək (futuristik üslubda) geyimləri hazırlamağı xoşlayırdım. Konkursda 1-ci yeri də tutmuşdum. Magistr diplomunun medafiəsində “5” qiymətini sevimli rəssamım Tahir Salahovdan almişam. Amma ən çox sevdiyim rəssam Salvador Dalidir. Sevimıli modelyerim “Dior” moda evindən Hitlerpərəst danışığına görə qovulan Con Qalyanodur, rəssamlıqda isə impressionizmi bəyənirəm.

– Televiziya işinin incəliklərini kimdən öyrənirsiniz?

– Bu siyahı uzundur. Mənim uzun müddətli dərs aldığım müəllimim olmayıb. Aparıcılığın sirlərini hər müəllimimdən bir az oyrənmişəm. ANS ÇM radiosundan xəbər aparıcısı Mətanət Əliverdiyeva, Şərqiyyə Hüseynova, Sabir Ələsgərov, AzTV-nin mütəxəssisləri Rafiq Həşimov, Əsmər Xəlilova bu sıradan olan müəllimlərdir. Hər hansi mətndə çətinlik çəkəndə Mir Şahindən kömək istəyirəm. Seyfulla Mustafayəv televiziyanın hər bir incəliyini bizə başa salır. Vahid Mustafayev “Xəbərçi”də ilk efirlərdə sona qədər yanımda oldu. Və mənə xəbər proqramını necə aparmaq lazım olduğunu başa saldı. Hətta hərdən mənə elə gəlirdi ki, o da efirə düşəcək.
BBC və SNN-də işləmiş jurnalist kimi Sevinc Osmanqızı Qərb jurnalistikasi təcrubəsini bizimlə bölüşür…

– Tamaşacılar sizi “Ağıl dəryası” verilişi ilə tanıdılar. Qəfildən “Xəbərçi”nin aparıcısı kimi efirdə göründünüz. Bu dəyişiklik necə baş verdi, nə ilə bağlı idi?

– Bu dəyişikliyin müəllifi ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevdir. O bir gün məni dəhlizə çağırıb “Xəbərçi”ni apara bilib-bilməyəcəyimi soruşdu. Televiziyaya gələndən sonra mən həmişə xəbər proqramının aparıcısı olmağı arzuladığımı, amma bunun məsuliyyətini başa düşdüyümdən həm də qorxduğumu bildirdim. Sınaq çəkilişində mənə 4 gün sonra “Xəbərçi”nin axşam buraxılışını aparacağım deyiləndə heç bilmədim bu xəbərə sevinim, yoxsa yox. Bu 4 gun çox həyəcanlı idim. Efirdən 10 dəqiqə əvvəl isə həyəcandan özümü pis hiss elədim. Yanımda olan Vahid Mustafayəv və Mir Şahinin mənəvi dəstəyi olmasa, həmin gün “Xəbərçi” efirə getməyə bilərdi. Amma 1-2 çixışdan sonra özümü ələ aldım.

– İndi işiniz ancaq aparıcılıqdır?

– Bəli.

– Qısa vaxt ərzində aparıcı kimi populyarlaşdınız. Tanınmağın müsbət və mənfi tərəfləri nələrdir?

– Mən efirdə həyatda olduğum kimi görünmürəm. Ona görə də hətta məni hər gün izləyən tamaşaçılar belə, üz-üzə gəldikdə məni tanımırlar. Bu baxımdan çox rahatam. Amma əlbəttə ki, insanlar harada işlədiyimi biləndə mənə daha diqqətlə yanaşırlar.

– Özünüzü daha hansı formatda olan verlişlərdə görürsünüz və ya görmək istərdiniz?

– Mən şou-biznes xəbərləri verilişində, səhər verilişində, intellektual verilişdə işləmişşəm. Hələki xəbər proqramında çalışıram. Bu yaxınlarda profilimi dəyişmək barədə düşünmürəm.

– Səhv etmirəmsə, ailəlisiniz. İstərdik bir qədər də ailəniz haqqında danışasınız…

– Şəxsi həyatımın ictimailəşməsini istəmirəm.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO