ANS televiziyasının əməkdaşları ağır yol qəzasına düşdü

ANS televiziyasının əməkdaşları ağır yol qəzasına düşüb. Milli.Az xəbər portalının məlumatına görə, hadisə gecə saatlarında Heydər Əliyev prospektində baş verib.
Televiziyaya məxsus “DAMAS” markalı avtomobilə arxa tərəfdən BMW markalı avtomobil vurub. Zərbə nəticəsində idarəetmədən çıxan “DAMAS” aşaraq
bir neçə dəfə dövrə vurub.

Nəticədə maşında olan “Növbətçi” proqramının müxbiri Anar Qafarov, operator Yusif Əsgəroğlu, Adil adlı sürücü və mühafizə xidmətinin bir əməkdaşı müxtəlif dərəcəli bədən xəsarəti alıblar. BMW-nin sürücüsü də yüngül xəsarət alıb. Yaralılar 1 saylı şəhər xəstəxanasına yerləşdiriliblər.

1 saylı şəhər xəstəxanasından Milli.Az xəbər portalına verilən məlumata görə, yaralılara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.
Məlumata görə, ANS əməkdaşları çəklişdən qayıdırmış. Şirkətə məxsus kamera sınıb, avtomobil yararsız hala düşüb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO