ANS dağılır, daha üç aparıcı əməkdaş şirkətdən gedib

ANS televiziyasından istefa verən əməkdaşların sayı getdikcə artır. Şirkətdən “Qafqazinfo”ya daxil olan məlumatlara görə, artıq ANS-dən 20-dək əməkdaş ərizə yazaraq istefa verib. Onlardan bəzilərinin ərizələri cırılıb atılsa da, jurnalistlər işə çıxmaqdan imitna ediblər. Şirkətdən istefa verən tanınmış jurnalistlərdən daha ikisinin adı məlum olub.

Məlumata görə, ANS-də uzun müddətən bəri işləyən aparıcılar Anar Cəbrayıllı və Elnur Hidayətoğlu, onlardan bir qədər əvvəl isə Zəminə Əliyeva da istefa verənlər arasındadır. “Qafqazinfo”ya açıqlama verən Elnur Hidayətoğılu işdən çıxmasının səbəblərindən geniş danışmaq istəməyib: “İşdən çıxanların hamısı eyni məsələyə görə gedib. Burada maaş məsələsi də var. Ancaq başqa məsələlər haqqında geniş danışmaq istəmirəm”.

Qeyd edək ki, ANS-dən tanınmış jurnalistlər Azadə Balayeva, Ceyhun Əsgərov da uzaqlaşıblar.

Ancaq saytın apardığı kiçik araşdırma nəticəsində məlum olub ki, şirkətdə böyük narazılıqlar baş qaldırıb. Və bu narazılıqlar əsasən teleşirkət rəhbərliyinin düzgün olmayan siyasətinin nəticəsi olaraq ortaya çıxıb. Özlərinə qarşı yol verilən haqsızlıqlara dözməyən ANS-çilər getmək qərarına gəliblər. Əvvəlcə 25-dək əməkdaş şirkəti tərk etmək üçün müraciət edib. Onlardan bəzilərini güc-bəla ilə geri qaytarmaq mümkün olsa da, bəziləri istefalarında israr ediblər.
Bir faktı da diqqətə çatdıraq ki, hazırda şirkət rəhbəri Vahid Mustafayev yaxın şərqdə baş verən prosesləri işıqlandırmaq üçün ezamiyyətdədir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO