Andrey Platonovun hekayələri Azərbaycan dilində

Andrey Platonovun hekayələri Azərbaycan dilindəYazıçı-dramaturq Elçin Hüseynbəylinin tərcüməsi ilə böyük rus klassiki Andrey Platonovun hekayələrindən ibarət “Fro” kitabı “Mütərcim” nəşriyyatında çap olunub. Çox çətin, keşməkeşli həyat yaşamış A.Plotonov dünyagörüşünü, əsərlərindəki kəskin, realist yanaşma stilini, böyük anlamı və fəlsəfi ifadə tərzini öz tərcümələrində həssaslıqla qoruyan Elçin Hüseynbəyli müəllifin “Fro”, “Adsız çiçək”, “Üçüncü oğul” və “Artyomun anaları” hekayələrini Azərbaycan dilinə çevirib.
Azərbaycan Yazıçılar Birliyinin “Dünya ədəbiyyatı” seriyasından tərcümə seksiyasının dəstəyi ilə nəşr olunmuş kitabın tərtibçisi və baş redaktoru Səlim Babullaoğludur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO