«Düşünürəm ki, söhbət təkcə radiostansiyalar deyil. Həm də mətbuat azadlığından gedir. Nəyə görə belə sərt? Çünki media ən problemli sahədir. Doğurudur, ölkədə xarici radiostansiyaları bağlamaq istəyirlər, amma Azərbaycan hökumətinin həmçinin yerli mətbuatla da problemləri var. Beynəlxalq təşkilatların rəylərində deyilir ki, Azərbaycanda mətbuat azadlığı məhdudlaşdırılıb, – deyə Herkel bəyan edib. AŞ PA həmməruzəçisi sözügedən radiolara qoyulan qadağanın effekt verməyəcəyini də dilə gətirib. Herkel «Ümid edirəm ki, bu məsələyə yenidən baxılacaq», – deyə vurğulayıb.
Qeyd edək ki, bu yaxınlarda Milli Teleradioyayım Şurasının sədri Nuşirəvan Məhərrəmli 2009-cu ilin yanvarından Azərbaycanda xarici radiostansiyaların yayımının dayandırılacağını bəyan etmişdir.
Mənbə: day.az