Türkiyənin “Bənqu” nəşriyyatı Anarın “Kerem kimi” (Nazim Hikmətin həyatı və sənəti haqqında düşüncələr) kitabını çap edib. Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətindən verilən məlumata görə, 1000 tirajla nəşr olunan 340 səhifəlik kitabın 260 səhifəsində Anarın girişdən və iki hissədən ibarət əsəri yer alıb. Digər səhifələrdə Nazim Hikmətin indiyəcən Türkiyədə çap olunmamış məqalələrinə yer verilib. Kitabda həmçinin Azərbaycan şairlərinin Nazim Hikmətə ithaf olunmuş şeirləri dərc edilib. Kitabın sonunda Anarın Türkiyənin baş naziri Rəcəb Tayyib Erdoğana Nazim Hikmətə Türkiyə vətəndaşlığının qaytarılması münasibəti ilə təşəkkür məktubu və “Zəfərin mübarək Nazim” yazısı verilib. Bu günlərdə isə Ankarada Sərgilər və Konqreslər Mərkəzində kitabın təqdimat mərasimi keçirilib.