Anar Nəcəfli: “7 ildir işlədiyim “Xəzər” TV-dən ayrılıram”

“Xəzər” televiziyasının xəbərlər proqramının əsas buraxılışının aparıcısı Anar Nəcəfli bu telekanaldakı işinə son verib. Modern.az-ın məlumatına görə, bu barədə telejurnalistin özü xəbər verib:

“Müəyyən səbəblərə görə, 7 ildir işlədiyim “Xəzər” TV-dən ayrılıram. Bu gün “Xəzər-Xəbər”də sonuncu efirim olacaq”-deyə A.Nəcəfli bildirib.

O, telekanaldan ayrılmağının səbibi barədə bildirib ki, işdən kiminləsə hər hansı bir münaqişəyə görə çıxmır.

“Sadəcə olaraq bir az istirahət etmək qərarına gəldim. Bundan sonrasına isə baxarıq…”.

Qeyd edək ki, Anar Nəcəfli son illər “Xəzər-Xəbər”in simasına çevrilmişdi…

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO