Anar AYB üzvlərinin yeni siyahısını hazırlayır

Azərbaycan Yazıçılar Birliyində mart ayının sonu aprelin əvvəllərində baş tutacaq qurultay öncəsi iş mexanizmi sürətlənib. Belə ki, birliyin məsul katibi Nazim İbrahimovun Modern.az saytına verdiyi məlumata görə, hazırda üzvlərin siyahısı yenidən tutulur. Qurumun sədri xalq yazıçısı Anarın təklifi ilə başlanan iş əsasən şair, yazıçı, publisist və ədəbi tənqidçilərin dəqiq sayının öyrənilməsi məqsədilə həyata keçirilir. Nazim İbrahimov quurltay haqqında danışmağın tez olduğunu bildirsə də, siyahıya alınma barədə məlumat verib:
“Bundan sonra biz nə qədər şair yazıçı, publisistimizin olmasını dəqiq biləcəyik. Bu sayların azalıb-artmasına təsir etməyəcək. Sadəcə biz dəqiqlik üçün bunu edirik. Nə qədər gənc, cavan , yaşlı yazıçılarımızın olmasına aydınlıq gələcək. Bunların hamısı analiz olunmalıdır. Çünki burada çox şey bir-birinə qarışıb.Amma bundan sonra əlimizdə yaxşı siyahı olacaq”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO