AMŞ yazı müsabiqəsi keçirir

Azərbaycan Mətbuat Şurası (AMŞ) «Beynəlxalq münasibətlər mövzusu ölkəmizin kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları» layihəsi çərçivəsində «Azərbaycan beynəlxalq münasibətlər sistemində» yazı müsabiqəsi elan edib.

AMŞ-dən SalamNews-a bildirilib ki, müsabiqəyə təqdim olunacaq yazılar üçün “Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu”,“Azərbaycanın beynəlxalq münasibətlər sistemi və Heydər Əliyev şəxsiyyəti” və “Beynəlxalq siyasi proseslərdə qlobal maraqlar” kimi 3 istiqamət müəyyənləşdirilib.

Ümumən müsabiqədə 3 birinci (1000 manat), 3 ikinci (800 manat) və 3 üçüncü yer (500 manat) nəzərdə tutulub. On nəfərə həvəsləndirici mükafat olaraq 300 manat təqdim olunacaq.

Müsabiqədə yer tutacaq şəxslərin adları 2014-cü il may ayının 5-dək açıqlanacaq.

Əlavə məlumat almaq üçün əlaqə telefonları: (012) 441 35 96; (050) 534 93 26; (055) 201 99 26

– See more at: http://salamnews.org/az/news/read/116333#sthash.EAd2fqrt.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO