AMŞ-də qəzet yayımı ilə bağlı vəziyyəti araşdırılıb

Azərbaycan Mətbuat Şurasının (AMŞ) qəzet yayımı ilə bağlı vəziyyəti araşdıran komissiyasının ilk iclası keçirilib.

Şuradan SalamNews-a verilən məlumata görə, ölkənin yayım firmaları nümayəndələrinin iştirakı ilə baş tutmuş toplantıda bildirilib ki, yeni yarıdılmış komissiya Azərbaycan Prezidentinin noyabrın 24-də kütləvi informasiya vasitələri rəhbərləri ilə keçirdiyi görüşdə səslənmiş təkliflərin icrası məqsədilə formalaşdırılıb. Qurumun başlıca məqsədi qəzet yayımı sahəsindəki məsələləri qarşılıqlı şəkildə müzakirə edərək yaranmış problemləri aradan qaldırmaqdır.Tədbirdə qeyd olunub ki, hazırda yeni köşklərdə qəzet satışından tutulan faiz dərəcəsi yüksəkdir.

Müzakirələr nəticəsində mövcud status-kvonu aradan qaldırmağın mümkünlüyü rəyinə gəlinib. Hər bir halda faiz dərəcəsinin satış prosesində iştirak edən bütün tərəfləri məqbul saymasının vacibliyi vurğulanıb. Qəzet satışı işində səmərəliliyi artırmaq üçün satıcılarla əlavə iş aparılmasının zəruriliyini əsaslandırılıb.Təklif komissiya üzvləri tərəfindən müsbət qiymətləndirilib.

«Qaya» Mətbuat Yayımı firmasının direktoru Xanhüseyn Əliyevlə də oxşar məzmunlu müzakirələr aparılıb. Eyni zamanda «Qaya»nın köşkləri ilə bağlı məsələ ətrafındakı durum da diskussiya predmetinə çevrilib, onların yerləşməsi vəziyyəti araşdırılıb. İclasda ümumən bildirilib ki, ölkənin bütün bölgələrində, xüsusən də paytaxt və ona yaxın yaşıyış məntəqələrində qəzet köşklərinin sayının artırılması vacibdir. Bu məqsədlə komissiya üzvlərinin yerlərdə monitorinqlərə başlaması qərara alınıb. Monitorinq köşklərin dəqiq deslokasiya nöqtələrini müəyyənləşdirəcək.

Komissiya üzvləri Bakı ilə yanaşı, xüsusən də Gəncə və Sumqayıt şəhərlərində yayım işinin yaxşılaşdırılmasına ehtiyacın duyulduğunu önə çəkiblər.Sonda o da qərara alınıb ki, komissiya yaxın üç-dörd gün ərzində paytaxt ərazisində monitorinq apararaq qəzet köşklərinin yerlərini, oradakı satışın vəziyyətini dəqiqləşdirsin və müvafiq hesabat hazırlayaraq Şuranın İdarə Heyətinə təqdim etsin.

– See more at: http://salamnews.org/az/news/read/104923#sthash.LDKl3A3c.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO