Radiostansiyanın inzibati və texniki dəstəyini həyata keçirən ABŞ Beynəlxalq Yayım Bürosunun bəyanatında deyilir ki, gürcü dilində yayım həcminin artımı Cənubi Osetiyadakı münaqişə ilə bağlıdır. Avqustun 9-dan «Amerikanın səsi» radiosunda gürcü dilində «xəbərlər, informasiya, müsahibə, analitika və keçmiş sovet respublikalarında böhranla bağlı reaksiyanı» əks etdirən gündəlik proqramlar çıxacaq.
Mənbə: lenta.ru