Amerikan qəzetlərinin reklam gəliri nəzərəçarpacaq dərəcədə azalıb

Marketing Charts Amerika Qəzetlər Assosiasiyasına (NAA) istinadən yazır ki, 2009-cu ilin birinci rübündə ABŞ-ın çap və onlayn qəzetlərinin reklam gəliri 6.6 milyard dollar olub ki, bu da 2008-ci ilin həmin dövrü ilə müqayisədə 28 faiz azdır. Sözügedən müddətdə mədaxil 9.2 milyard dollar təşkil etmişdi.

Çap məhsullarının gəlirləri 8.4 milyard dollardan 5.9 dollara – 30 faiz – düşüb. Əvvəllər bu düşmə 13 faiz təşkil etmişdi.

Reklamdan gələn gəlir ən çox şəxsi elanlar bölməsində azalıb (42 faiz). Ümumiyyətlə isə, NAA-dan bildiriblər ki, uzun müddətli müşahidələri ərzində ən böyük azalma 2009-cu ilin ilk 4 ayında baş verib.

2009-cu ilin fevralında Oxford Analytica konsaltinq şirkəti araşdırmalar nəticəsində belə qənaətə gəlib ki, yaxın gələcəkdə reklamdan gələn gəlirlərin azalması nəticəsində hər 10 qəzetdən biri ya tirajını azaldacaq, ya da bazardan çəkiləcək.

www.lenta.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO