Şamaxılı deputatın xahişi ilə yazılan kitab

Azərbaycan Milli Elmlər Akademiyasının akademiki mərhum Bəkir Nəbiyevin Şamaxının millət vəkili Elxan Süleymanovun xahişi ilə yazdığı və onun dəstəyi ilə nəşr olunan “Şamaxı torpağının yetirdiyi böyük Azərbaycan şairləri” kitabı işıq üzü görüb.

Modern.az xəbər verir ki, kitabda akademik Bəkir Nəbiyevin qədim və zəngin Şirvan ədəbi mühitinin yetirdiyi böyük Azərbaycan şairləri – Əfzələddin Xaqani, İmadəddin Nəsimi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət və Məhəmməd Hadiyə həsr etdiyi elmi-kütləvi oçerklər yer alıb. Kitabın elmi redaktoru filologiya elmləri doktoru Asif Rüstəmlidir.

Toplu geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO